Bağanıs Ayrım kəndində minatəmizləmə işləri davam edir - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Bağanıs Ayrım kəndində minatəmizləmə işləri davam edir - Fotolar

Hadisə

28 May 2024 18:25 709


Qazaxın işğaldan azad olunmuş Bağanıs Ayrım kəndində minatəmizləmə işləri davam edir.

Yenisabah.az APA-ya istinadən xəbər verir ki, prosesi Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçuları həyata keçirirlər.

Qeyd edək ki, delimitasiya işləri nəticəsində 12,7 km uzunluğunda sərhəd xətti müəyyən edilib və bununla Azərbaycan Respublikasının Qazax rayonunun dörd kəndinin: Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılının ərazilərinin (6,5 kv.km) Azərbaycana qaytarılması təmin edilib. pizza hut

Mayın 24-də Azərbaycan Respublikasının Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin əraziləri Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürülüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!