Bağçalı zəlzələdən zərər çəkənlərə 1 milyon lirə yardım etdi

saytların hazırlanması

Evə çatdırılma

Bağçalı zəlzələdən zərər çəkənlərə 1 milyon lirə yardım etdi

Maraqlı

08 Fevral 2023 10:55 721


Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) "Cümhur İttifaqı"ndakı siyasi müttəfiqi olan Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı zəlzələnin fəsadlarının aradan qaldırıması işləri üçün 1 milyon lirə ianə edib. 

Modern.az xəbər verir ki, bu barədə Bağçalı tviter səhifəsində özü məlumat verib. 

Onun sözlərinə görə, Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) hesabına 1 milyon lirə (90 300 manat) köçürüb.  pizza mizza

Siyasətçi həmçinin qeyd edib ki, Ülkü Ocaqları da qanvermə aksiyası daxil olmaqla, zəlzələnin fəsadlarının aradan qaldırılması prosesində aktiv şəkildə iştirak edir. 

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ qeydə alınıb. Təbii fəlakət zamanı ölənlərin sayı 5894 nəfərə çatıb. Son məlumatlara görə, yaralı sayı 34 810 nəfərdir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!