İraqın paytaxtı Bağdadda Yaşıl Bölgəyə 3 Katyuşa tipli raketlə hücum təşkil edilib.
Yenisabah.az xəbər verir ki, hücuma ABŞ-ın Bağdad səfirliyinin binasında yerləşdirilmiş hava hücumundan müdafiə sistemi ilə cavab verilib.
Qeyd edək ki, İranın İslam İnqilabı Keşikçiləri Korpusunun General-mayoru Qasim Süleymaninin Beynəlxalq Bağdad Hava limanı yaxınlığında öldürülməsindən sonra ABŞ koalisiya qüvvələrini hədəf alan hücumlar artıb. Sezar pizza
Hazırda hücumun kim tərəfindən edildiyi müəyyənləşməyib. Faktla bağlı araşdırma aparılır.
Telegram kanalımız