Bu gün Azərbaycan Mərkəzi Bankı (AMB) “Muğanbank” ASC-nin lisenziyası ləğv edib.
“Yeni Sabah” xəbər verir ki, bankın bağlanması ilə bağlı paylaşım edən iqtisadçı Samir Əliyevin sözlərinə görə, oktyabr ayının 1-i tarixinə “Muğanbank” ASC-nin depozit portfelinin həcmi 322.5 milyon manat olub:
“Mərkəzi Bankın açıqlamasında bildirilib ki, bu müddətə bank üzrə sığortalanmış əmanətlər 216,7 milyon manat təşkil edir. Deməli, haradasa, 106 milyon manatlıq vəsaitin taleyi sual altındadır”. pizza mizza
Qeyd edək ki, 2023-cü ilin III rübünün sonuna bank üzrə sığortalanmış (kompensasiya olunan) əmanətlər 216,7 milyon manatdır.
Telegram kanalımız