“Mərkəzi Bankın qərarı ilə lisenziyası ləğv edilən “Günay Bank"da olan əmək haqqı və plastik kartlardakı pulların taleyi ilə bağlı ünvanlanan suallar ilə əlaqədar qeyd etmək istərdik ki, o vəsaitlər Əmanətlərin Sığortalanması Fondu tərəfindən kompensasiya ediləcək”.
“Yeni Sabah” xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov deyib.
O, bildirib ki, həmin kartlarda olan pullar dövlət tərəfindən vətəndaşlara ödəniləcək: Dördpendirli pizza
“Belə ki, fiziki şəxslərin kartlarında olan vəsaitlər ləqvedici təyin edildikdən sonra qanunvericiliyə uyğun olaraq qorunan əmanət kimi vətəndaşlara ödənilir. Bunun üçün ləqvedici tərəfindən agent bank seçilir və həmin vəsaitlərin qaytarılması müəyyən edilmiş qaydada həyata keçirilir. Prosesə yaxın zamanlarda start veriləcəyi gözlənilir”.
Telegram kanalımız