Baha dərman satan aptek zənciri ifşa olundu – Dövlət cəza verdi

saytların hazırlanması

Evə çatdırılma

Baha dərman satan aptek zənciri ifşa olundu – Dövlət cəza verdi

Sosial

18 İyun 2025 15:48 517


Prezident yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanuna əsasən apteklər şəbəkəsi olan "Zeytun Pharmaceuticals" MMC haqqında inzibati xəta protokolu tərtib edib.

Bu barədə Yenisabah.az-a  Agentlikdən məlumat verilib.

Bildirilib ki, şirkətin apteklərində dərman vasitəsi Tarif (qiymət) Şurasının təsdiq etdiyi pərakəndə satış qiymətinin yuxarı həddindən baha satılıb. Bununla da, İnzibati Xətalar Məcəlləsinin 221.3-cü bəndinə əsasən (Dövlət qeydiyyatından keçmiş dərman vasitəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada tənzimlənən qiymətdən yuxarı qiymətlə satılması) xəta törədilib. pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!