Bahçelinin müşaviri “Şaban“ın oğlunu yıxdı-sürüdü

saytların hazırlanması

Evə çatdırılma

Bahçelinin müşaviri “Şaban“ın oğlunu yıxdı-sürüdü

Maraqlı

14 Mart 2023 13:00 903


Türkiyənin Milliyyətçi Hərəkat Partiyası (MHP) sədrinin müşaviri Yıldıray Çiçek mərhum aktyor Kemal Sunalın (Şaban) oğlu, aktyor Ali Sunalı və onun telekomediyası olan "Güldür Güldür"ü tənqid edib. 

Modern.az xəbər verir ki, Yıldırayın partiyanın mətbu orqanı olan "Türkgün" nəşrində bu mövzuda məqaləsi dərc olunub. 

O, Kemal Sunalın ideoloji baxışlarını bilməsələr də, Ali Sunalın CHP-yə yaxın, sol təmayüllü siyasi xəttə yaxın olduğunu qeyd edib.  pizza mizza

"Ekrem İmamoğlu kimi Türkiyədəki ən nüfuzsuz, qeyri-milli düşüncələri olan CHP bələdiyyə sədri ilə olan səmimiyyətindən, proqramda hökuməti aşağılayan, amma CHP və quyruqları üçün "Əskikliklərinizi görün" tərzində yol göstərən nömrələrindən bu, daha konkret başa düşülür. Onları niyə tənqid etmirsən? Yoxsa qorxursan ki, İmamoğlu hirslənər və küsər?", - deyə Bahçelinin müşaviri yazıb. 

Qeyd edək ki, bundan əvvəl Ali Sunal zəlzələ barədə açıqlaması ilə gündəmə gəlmişdi. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!