Bakı 2026-cı ildə dünyanın idman paytaxtı ola bilər: Namizədliyi irəli sürüldü

saytların hazırlanması

Evə çatdırılma

Bakı 2026-cı ildə dünyanın idman paytaxtı ola bilər: Namizədliyi irəli sürüldü

İdman

21 Aprel 2024 18:53 902


“Bakının 2026-cı il üçün dünyanın idman paytaxtı olması üçün namizədliyi irəli sürülüb”.

Yenisabah.az “Report”a istinadən xəbər verir ki, bunu Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov Bakı şəhərinin dünyanın idman paytaxtına namizədliyi ilə bağlı keçirilən mətbuat konfransında deyib.

O, Milli Gimnastika Arenasında keçirilən tədbirdə Azərbaycana gələn qonaqların Bakını gəzdiklərini və adət-ənənələrimizlə yaxından tanış olduqlarını bildirib: “Sevindirici haldır ki, Bakının dünyanın idman paytaxtı ilə bağlı namizədliyini irəli sürməsi müsbət qarşılanıb. Hətta bununla bağlı kitab dərc olunub”. Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!