Bakı 5 ermənini İrəvana qaytardı - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Bakı 5 ermənini İrəvana qaytardı - Fotolar

Hadisə

09 Fevral 2021 22:45 1026


Azərbaycan Qarabağda diversiya və silahlı təxribat törətməyə cəhd göstərərkən yaxalanmış Ermənistan vətəndaşlarından 5 nəfəri İrəvana təhvil verib.

Yenisabah.az Ermənistan mediasına istinadən bildirir ki, Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin komandanı, general-leytenant Rüstəm Muradovun müşayiəti ilə həmin şəxslər az öncə İrəvana çatıb.

Ermənilərin olduğu təyyarə İrəvandakı "Erebuni" hava limanında yerə enib. Dominos pizza

5 erməninin 4 nəfəri Gümrü, biri isə Alaverdi sakinidir. Onlar Ermənistan Müdafiə Nazirliyi tərəfindən ordu sıralarına çağırılaraq Qarabağa göndərilmişdilər.

Ermənistana təşvil verilmiş ermənilər bunlardır:

1. Artur Aloyan

2. Araik Qalstyan

3. Hovanes İsrailyan

4. Karen Manukyan

5. Erik Xaçatryan

/Milli.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!