Bakı Apellyasiya Məhkəməsində yeni təyinatlar -   4 hakim vəzifədən çıxarıldı

saytların hazırlanması

Evə çatdırılma

Bakı Apellyasiya Məhkəməsində yeni təyinatlar - 4 hakim vəzifədən çıxarıldı

Siyasət

05 May 2020 11:50 1192


Milli Məclisin iclasında Bakı Apellyasiya Məhkəməsinə hakimlərin təyin edilməsi məsələsinə baxılıb. 

Yenisabah.az xəbər verir ki, Ali Məhkəmənin hakimləri Vəfaddin İbayev, Akif İsgəndərov, Əli Seyfəliyev, Qürbət Əsgərovun vəzifələri dəyişdirilərək, Bakı Apellyasiya Məhkəməsinin hakimləri təyin ediliblər. 

Bundan əlavə, Yasamal Rayon Məhkəməsinin hakimi Ramin Qurbanov, Sabunçu Rayon Məhkəməsinin hakimi Ziya Şirinov, Səbail Rayon Məhkəməsinin hakimi Anar Tanrıverdiyev, Yasamal Rayon Məhkəməsinin hakimi Emin Mehdiyev və Nizami Rayon Məhkəməsinin hakimi Rəşad Həsənov Bakı Apellyasiya Məhkəməsinin hakimləri təyin olunublar. pizza sifarişi

Ali Məhkəmənin hakimi Aslan Kalbalıyev, Bakı Apellyasiya Məhkəməsinin hakimi İlham Əhmədov, Şirvan Apellyasiya Məhkəməsinin hakimi Fehruz Abbasov və Şəki Apellyasiya Məhkəməsinin hakimi Mübariz Hüseynovun vəzifələrinin dəyişdirilməsi ilə əlaqədar tutduğu vəzifələrdən azad olunması məsələsi də qəbul edilib. /Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!