Bakı belə dezinfeksiya olunur - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Bakı belə dezinfeksiya olunur - Fotolar

Sosial

03 Mart 2020 15:53 359


Paytaxtda tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər aparılır. Bakı Şəhər İcra Hakimiyyəti Məbuat Xidmətinin "Yeni Sabah"a verdiyi məlumata görə koronavirus (COVİD - 19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir. Bakı şəhərində bu xəstəliyə yoluxma hallarına yol verilməməsi və onun qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədi ilə paytaxtdakı yaşayış binalarında, binalardakı ümumi istifadə yerlərində, giriş blokları və pilləkən marşlarında, sakinlərin daha çox istifadə etdiyi yerlərdən olan lift kabinaları və onun ətrafı, məişət tullantılarının atıldığı konteyner meydançalarında, Bakı Şəhər İcra Hakimiyyətinin tabeçiliyində olan Məktəbəqədər Təhsil müəssisələrində və digər yerlərdə tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər aparılır. Həmçinin hər bir vətəndaşın şəxsi və kollektiv gigiyena tələblərinə riayət etmələrinin vacibliyi də vurğulanıb. https://cdn.yenisabah.az/files/001_31583236256.jpg https://cdn.yenisabah.az/files/002_21583236256.jpg https://cdn.yenisabah.az/files/005.jpg https://cdn.yenisabah.az/files/006.jpg https://cdn.yenisabah.az/files/007.jpg
Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!