Bakı bulvarına zərər vuranları cəza gözləyir? -   Açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Bakı bulvarına zərər vuranları cəza gözləyir? - Açıqlama

Sosial

04 Oktyabr 2019 13:04 1013


Əməkdar artist Bəhram Bağırzadə sosial şəbəkədə maraqlı paylaşımı ilə diqqət çəkib. Tanınmış aktyor video yayaraq Bakı bulvarındakı bitkilərə zərər verənləri qınayıb. O, paylaşımına ironiya ilə  “Kim hələ öz şəhərinin, rayonunun, kəndinin və öz adını bura yazmayıb? Uğurlar!” – şərhinini yazıb. 

Bəs görəsən dənizkənarı bulvardakı bu bitkilər necə mühafizə olunur. Məsələ ilə bağlı  Bulvar İdarəsinin Mətbuat Xidmətinin rəhbəri Günay Yelmarqızı  “Yeni Sabah”a danışıb. O bildirib ki, bulvar ərazisindəki bitkilər bulvar idarəsi tərəfindən qorunur:

“Bulvar ərazisindəki  bütün bitkilər qorunur, onlara xüsusi diqqət göstərilir. İlin bütün fəsillərində  onları qorumaq üçün bulvar idarəsi tədbirlər görür. Həm idarənin bitkilərə baxan müvafiq əməkdaşları, həm də mühafizə əməkdaşları ərazini qoruyur. Amma bulvarın ərazisi 16 km-dir. Təbii ki, orada bir-bir hamını izləmək mümkün deyil. Bəzən insanlar diqqətdən yayınıb nəsə edə bilirlər. Burada məsələ fərd olaraq vətəndaşların üzərinə düşür. Əlimizdə  olan qiymətli şeyləri məhv etməmək üçün çalışmalıyıq. İdarədəki əməkdaşlar belə halların yaşanmaması üçün əlindən gələni edirlər. Burada məsuliyyət həm də vətəndaşların üzərinə düşür. Kaktusların üzərinə yazılanlar nə vaxt olub bilinmir - təzədir, ya köhnədir, hansı saatda olub və s.  Bitkilərin qorunmasına nəzarət edilir, amma belə hallar da  istisna deyil. Yəqin ki,  bundan sonra daha diqqətli olar hamı”.  pizza sifarişi

G.Yelmarqızı bulvar ərazisində olan bitkilərə və ya hər hansı əşyaya zərər vurulmasına görə cərimələrin olmadığını deyib:

“Belə hallar üçün cərimə tətbiq  edilmir. Burada sadəcə vətəndaş məsuliyyəti deyə bir şey var. Məncə, onlar böyük insanlardır və bunu dərk etməlidirlər. Bura milli parkdır və parkların qorunmasında vətəndaşların da üzərinə məsuliyyət düşür, çünki parklar açıq ərazidir, orada hər bitkinin üzərinə qoruyucu tikmək mümkün deyil. Belə hallarda  ictimai qınaq olmalıdır, ən azından kənardan görən şəxslər deyə bilər ki, belə etmək olmaz”.

Əsmətxanım

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!