Bakı bunu tələb edir - Putin Paşinyana ona görə qəzəbləndi

saytların hazırlanması

Evə çatdırılma

Bakı bunu tələb edir - Putin Paşinyana ona görə qəzəbləndi

Siyasət

17 May 2025 19:58 1764


Bəzi mənbələrə görə, sülh müqaviləsinin mətnində Ermənistan ərazisində heç bir başqa dövlətin hərbi bazasının olmayacağı ilə bağlı ifadə var. Bu o deməkdir ki, dövlətlərarası müqavilə imzalanandan sonra Rusiya 102-ci hərbi bazasını Ermənistandan çıxarılmalı olacaq.

Yenisabah.az Axar.az-a istinadən xəbər verir ki, belə bir iddia ilə Ermənistanın “Hraparak” nəşri çıxış edib.

“Saziş layihəsində belə bir müddəa Rusiya hakimiyyətinin ciddi narazılığına səbəb olub. Mayın 9-da Moskvada Baş nazir Paşinyanın soyuq qarşılanması, həmçinin Rusiya Prezidenti Vladimir Putinlə təkbətək görüşün olmaması yəqin ki, bununla izah olunur. Halbuki Vladimir Putin həmin gün tədbirə qatılan əksər dövlət başçıları ilə ayrı-ayrılıqda görüşlər keçirmişdi”, - məlumatda bildirilib. pizza hut

Həmçinin xatırladılıb ki, Gümrüdəki baza 1995-ci ildə hökumətlərarası razılaşma əsasında formalaşıb, 2010-cu ildə Rusiya Prezidenti Dmitri Medvedyevin Ermənistana səfəri zamanı müqavilənin müddəti 2044-cü ilə qədər uzadılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!