Bakı dünyanın ən təhlükəsiz şəhərləri sırasında - Neçənci yerdədir?

saytların hazırlanması

Evə çatdırılma

Bakı dünyanın ən təhlükəsiz şəhərləri sırasında - Neçənci yerdədir?

Sosial

29 Avqust 2019 11:57 1454


Paytaxt Bakı bu il dünyanın ən təhlükəsiz şəhərləri reytinqinin top 50-də yer alıb.

"Yeni Sabah"  xəbər verir ki, bu barədə “The Economist İntelligence Unit” (EİU) analitik mərkəzi ilə “The Economist” dərgisi tərəfindən tərtib edilən illik hesabatda bildirilir.

Reytinqə görə Bakı maksimum 100 xaldan 56,4 xal toplayaraq 49-cu yeri tutub. pizza sifarişi

Reytinqdə 60 şəhər qeydə alınıb. Bu şəhərlər rəqəmli təhlükəsizlik, səhiyyə xidmətləri, infrastruktur, fərdi təhlükəsizlik daxil olmaqla 57 müxtəlif göstərici əsasında dəyərləndirilib.

Reytinqdə birinci yeri Tokio tutub. Sonrakı yerlərdə ardıcıllıqla Sinqapur, Osaka, Amsterdam, Sidney, Toronto, Vaşinqton, Kopenhagen, Seul, Melburn qərarlaşıb.

Qeyd edək ki, Bakı ilk dəfədir bu reytinqdə qiymətləndirilir. 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!