Bakı əhalisinin nəzərinə: İş vaxtları dəyişir...

saytların hazırlanması

Evə çatdırılma

Bakı əhalisinin nəzərinə: İş vaxtları dəyişir...

Sosial

09 Oktyabr 2025 21:07 54307


Bu ilin əvvəlində Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi məqsədilə dövlət orqanları, təhsil və tibb müəssisələrinin iş rejimi dəyişdirilməsi barədə Dövlət Proqramı qəbul edilib.

Proqrama əsasən, 2025-2026-cı illərdə dövlət qurumları, təhsil və tibb müəssisələri, eləcə də digər hüquqi və fiziki şəxslərin iş rejimi dəyişkən iş qrafiki əsasında təşkil ediləcək. Bunun üçün aidiyyəti dövlət qurumlarına təhlillərin aparılması və müvafiq siyahıların təsdiq edilməsi barədə tapşırıq verilib.

Dərslərin başlaması ilə paytaxt yollarında hər gün saatlarla davam edən tıxacların yaranır. Məktəbli avtobusları layihəsi hələlik pilot qaydada bəzi məktəblərdə tətbiq edildiyindən tıxac problemi həllini tapmayıb. Sezar pizza

Dəyişkən iş qrafikinin tətbiqi isə bu problemin aradan qaldırılması istiqamətində atılan əsas addımlardan biri hesab olunur.

Yenisabah.az xəbər verir ki, mövzu ilə bağlı Ölkə.az-a danışan iqtisadçı deputat Vüqar Bayramov dəyişkən iş qrafikinin dünya təcrübəsinə əsaslandığını və effektiv olduğunu deyib:

“Təbii ki, fərqli iş qrafikinin tətbiq edilməsi bütövlükdə Dövlət Proqramının istiqamətlərindən biridir və bunun tətbiqi vacibdir. Çünki biz inkişaf edilmiş ölkələrə, xüsusən də Avropa ölkələrinə diqqət yetirsək, görərik ki, dövlət qurumları, özəl sektor, hətta xidmət sektoru üzrə fərqli iş saatları tətbiq olunur. O cümlədən bura təhsil müəssisələri də daxildir.

Azərbaycanda da oxşar praktikaların tətbiq edilməsi məqsədəuyğundur. Çünki bu da artıq nəzərdə tutulub. Bu, yollardakı tıxacın, sıxlığın aradan qaldırılması baxımında vacibdir. Gözlənilir ki, işə başlama və iş vaxtlarının bitmə saatları fərqli olacaq. Ölkələrin təcrübəsi göstərir ki, bu, effektiv bir mexanizmdir və tətbiqi birmənalı şəkildə sıxlığa və tıxaca təsir göstərmək imkanına malikdir.

Sözsüz ki, bununla yanaşı, parlalel olaraq digər tədbirlərin də həyata keçirilməsinə ehtiyac var”.

Mövzu ilə bağlı danışan hüquqşünas Sahib Məmmədov də hesab edir ki, Dövlət Proqramının effektiv olması üçün bu sahədə kompleks tədbirlər görülməlidir:

“İş yerlərində qrafikin dəyişməsi tıxacların aradan qaldırılması üçün bir tədbirdir.

Təhsil müəssisələrinə gəldikdə orada qrafikini dəyişmək yox, təhsil müəssisələrinin qarşısında avtomobillərin dayanmasının qarşısını almaq lazımdır. Ən çox tıxac yaradan onlardır. Bunun qarşısı alınmasa, qrafikin fərqi yoxdur. Çünki elə məktəblər var ki, övladlarını düşürmək üçün saxlayan avtomobil sahiblərinin əlindən heç cür keçib getmək mümkün olmur”.

S.Məmmədovun fikrincə, az sayda əməkdaşı olan iş yerlərində qrafiki dəyişmək bir qədər mümkünsüz görünür. O, həmçinin bidirib ki, gələcəkdə dəyişkən iş qrafiki tətbiq edildikdə bu rejimə əməl edilməsinə nəzarət edilməsi vacibdir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Ramiz
    Hansı saytda göstəriləcək?
    7 months ago
  • Ramiz
    Salam. Bəs 12 saatlıq iş rejimində işləyən növbəli insanların rejimində hansı yaxşılaşma halları baş verəcək?
    7 months ago
  • Huseyn
    Mövzu: İş saatlarının tənzimlənməsi və istirahət günlərinin təmin olunması barədə Hörmətli rəhbərlik, Xahiş olunur ki, işçilərin iş rejiminin daha səmərəli və sağlam şəkildə təşkil olunması məqsədilə özəl iş saatları aşağıdakı kimi müəyyənləşdirilsin: 08:30 – 16:00 və ya 10:00 – 17:30 arası. Beləliklə, gündəlik iş vaxtı 6–7 saatdan artıq olmayacaq şəkildə tənzimlənmiş olar. Eyni zamanda, axşam iş saatlarının və şənbə–bazar günləri iş rejiminin rəsmi şəkildə ləğv edilməsi təklif olunur. Bu təcrübə Almaniya və bir çox xarici ölkələrdə artıq tətbiq edilir. Bizdə də əməkdaşların istirahət hüququnun qorunması, həmçinin iş keyfiyyətinin və motivasiyanın artırılması məqsədilə bu yanaşmanın tətbiqi məqsədəuyğundur. Hazırkı iş qrafikində əməkdaşlar özəl və şəxsi işlərini (həkim qəbuluna getmək, sənəd və bank məsələləri, ailə ilə bağlı vacib işlər və s.) yerinə yetirməkdə çətinlik çəkirlər. Bu kimi hallarda icazə alma prosesi çox vaxt çətinlik yaradır və əməkdaşların şəxsi balansına mənfi təsir göstərir. Bu səbəbdən xahiş olunur ki, iş saatlarının və icazə prosedurlarının sadələşdirilməsi, şənbə–bazar günlərinin tam istirahət günü kimi saxlanılması və axşam iş rejiminin ləğvi məsələsinə yenidən baxılsın. Əminik ki, bu dəyişikliklər həm əməkdaşların rifahına, həm də ümumi iş məhsuldarlığına müsbət təsir göstərəcəkdir.
    7 months ago