Bakı İƏT zirvəsinə ev sahibliyi edə bilər

saytların hazırlanması

Evə çatdırılma

Bakı İƏT zirvəsinə ev sahibliyi edə bilər

Siyasət

03 Dekabr 2024 14:19 497


Azərbaycan növbəti ildə İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Zirvə görüşünə ev sahibliyi etmək niyyətindədir.

Yenisabah.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Məşhəddə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Nazirlər Şurasının 28-ci iclasında çıxışı zamanı bildirib.

O bu istiqamətdə bütün üzv ölkələrin aktiv iştirak və töhfələrinin vacibliyini diqqətə çatdırıb. Dominos pizza

Nazir 2024-cü ildə təşkilata sədrliyinə, habelə İƏT Nazirlər Şurasının 28-ci iclasının təşkilinə və qonaqpərvərliyə görə İrana təşəkkür edib, təşkilata növbəti il sədrlik edəcək Qazaxıstana uğurlar arzulayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!