“Bakı ilə heç vaxt bu qədər yaxın olmamışıq” - Mirzoyan

saytların hazırlanması

Evə çatdırılma

“Bakı ilə heç vaxt bu qədər yaxın olmamışıq” - Mirzoyan

Siyasət

14 Aprel 2025 22:32 379


Biz heç vaxt bir-birimizə bu qədər yaxın olmamışıq.

Yenisabah.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu fikirləri Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Türkiyənin NTV telekanalına verdiyi müsahibəsində səsləndirib.

Hazırda Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması və Ermənistan-Türkiyə münasibətlərinin normallaşması üçün münasib zamanın olub-olmaması ilə bağlı sualı cavablandıran Mirzoyan deyib: pizza

“Əgər etiraz etmirsinizsə, bu suala bir qədər fərqli cavab verməyə çalışacağam. Hazırda bunun üçün uyğun vaxtdır deyə bilmərəm. Ola bilsin, heç vaxt ideal bir zaman olmayacaq, amma əminliklə deyə bilərəm və düşünürəm ki, türkiyəli və azərbaycanlı həmkarlarım da bunu təsdiqləyərlər: biz heç vaxt bir-birimizə bu qədər yaxın olmamışıq. Mövcud vəziyyəti dəyərləndirsək, demək olar ki, biz sülhə və sabitliyə heç vaxt indiki qədər yaxın olmamışıq”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!