“Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması istiqamətində addımlar atılır”

saytların hazırlanması

Evə çatdırılma

“Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması istiqamətində addımlar atılır”

Siyasət

18 May 2025 16:58 268


Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması istiqamətində addımlar atılır.

Yenisabah.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Tasnim”ə müsahibəsində söyləyib.

“Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması istiqamətində addımlar atılmaqdadır”, – o deyib.   pizza hut

Prezidentin köməkçisi qeyd edib ki, regionda yaranmış yeni reallıq legitimliyə, qanuniliyə əsaslanan münasibətlərdən ibarətdir:

“Cənubi Qafqaz regionunda məhz Azərbaycan Respublikasının yürütdüyü siyasət nəticəsində torpaqlar işğaldan azad olundu, Azərbaycan öz ərazi bütövlüyünü tam təmin etdi. Regionda sülh üçün çox yaxşı, münbit şərait yaranıb. Cənubi Qafqaz regionunda yeni status-kvo, yeni reallıq yaranıb ki, bu yeni status-kvo da artıq işğala, təcavüzə deyil, beynəlxalq hüququn norma və prinsiplərinə, legitimliyə, qanuniliyə əsaslanan münasibətlərdir”.

Xatırladaq ki, Hikmət Hacıyev Tehran Dialoq Forumunda iştirak etmək üçün İranda səfərdədir./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!