Bakı ilə İrəvan arasında vasitəçi yoxdur - Rubinyan

saytların hazırlanması

Evə çatdırılma

Bakı ilə İrəvan arasında vasitəçi yoxdur - Rubinyan

Siyasət

24 Oktyabr 2024 13:48 445


Sülh müqaviləsi bağlamaq üçün əlimizdən gələni edirik.

Yenisabah.az Armenian News-a istinadla xəbər verir ki, bunu Ermənistan Milli Məclisinin vitse-spikeri Ruben Rubinyan bildirib.

O, Ermənistan və Azərbaycanın xarici işlər nazirlərinin bu yaxınlarda İstanbulda görüşdüyünü xatırladıb və əlavə edib: “İndi sülh müqaviləsinin imzalanmasına imkan yaratmaq üçün cəhdlər edilir və bu istiqamətdə hər şeyi edirik”. Dördpendirli pizza

Vitse-spikeri qeyd edib: “İndiki mərhələdə danışıqlar ikitərəfli xarakter daşıyır. Əvvəldən xarici işlər nazirləri səviyyəsində danışıqların formatı ikitərəfli olub. Danışıqlar zamanı tərəflər özləri də otaqda tək olublar. Formatın nə vaxtsa dəyişəcəyini istisna etmirəm, amma hələlik hər şey belə gedir. Bu, praqmatizm və praktiklik məsələsidir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!