“Bakı İrəvana dərhal cavab verəcək” - Müharibə ehtimalı ilə bağlı MÜHÜM MƏQAMLAR

saytların hazırlanması

Evə çatdırılma

“Bakı İrəvana dərhal cavab verəcək” - Müharibə ehtimalı ilə bağlı MÜHÜM MƏQAMLAR

Siyasət

01 Fevral 2025 23:15 1572


“Ermənistan sürətli şəkildə silahlanır. Onun aldığı silahlar uzaqmənzilli hədəfləri vurmaq qabiliyyətindədir. Bu silahlarla Ermənistan faktiki olaraq öz ərazi hüdudlarını aşacaq hədəfləri vurmaq imkanlarına sahib olmaq istəyir. Bu da İrəvanın revanşist hisslərindən xəbər verir”.

Bu fikirləri Konkret.az-a açıqlamasında Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin sədri, siyasi şərhçi Xəyal Bəşirov səsləndirib.

Dördpendirli pizza

Onun sözlərinə görə, Ermənistanın şərti sərhədə hərbi texnika yığması ondan xəbər verir ki, Azərbaycan haqlı olaraq İrəvanın silahlanmasından narahatçılığını ortaya qoyur.

“Bu, Ermənistanın xoş olmayan niyyətindən xəbər verir. Hesab edirəm ki, digər ittiham olunmalı tərəf, Avropa İttifaqının mülki missiyası adı altında sərhədə cəmləşən NATO qüvvələridir. Bu qüvvələr Cənubi Qafqazda sülh tərəfdarı olmadıqlarını dəfələrlə göstəriblər. Əgər Ermənistan revanşist addımlarında israrlıdırsa, eləcə də ona havadarlıq edən qüvvələr İrəvana dəstəyi davam etdirəcəklərsə, bu halda Cənubi Qafqazda növbəti eskalasiya qaçılmaz olacaq. Bunda isə İrəvan və ona havadarlıq edən qüvvələr məsuliyyət daşıyacaqlar. Çünki Azərbaycan ancaq sülh istiqamətində birtərəfli addımlar atır. Ermənistan isə rəsmi Bakının təzyiqləri fonunda sülh istiqamətində bəzi addımlar atmaq məcburiyyətində qalıb. Hansı ki, bu, onun öhdəlikləridir. Növbəti eskalasiya olacaqsa, bu, artıq Azərbaycanın beynəlxalq səviyyədə tanınan torpaqlarını hədəfə alan Ermənistanın öz ərazilərində baş verəcək. Çünki Azərbaycan 90-cı illərin dövləti deyil. Biz artıq yeni reallıqları yaşayırıq və bu, tamamilə fərqli mənzərəni ortaya qoyur. Azərbaycan Ermənistandan dəfələrlə böyük üstünlüyə malikdir. Ermənistan bu üstünlükləri nəzərə almasa, bütün məsuliyyət rəsmi İrəvanın üzərinə düşəcək”.

Mövzunu şərh edən politoloq Oqtay Qasımov bildirib ki, yaxın günlərdə Azərbaycan və Ermənistan arasında irimiqyaslı toqquşmanın olacağını gözləmir:

“Hansısa xırda təxribatların və atəşin pozulması ehtimallarının olması mümkündür. Azərbaycan ən yüksək səviyyədə bəyan edib ki, Ermənistanın sürətlə silahlanması dayandırılmalıdır. İrəvanla hərbi sahədə imzalanan müqavilələrə yenidən baxılmalı və bu silahlar geri alınmalıdır. Yəni Azərbaycanın mövqeyi bundan ibarətdir. Sülh müqaviləsi imzalanmadığı üçün rəsmi Bakı irəvanın bu addımlarına müşahidəçi qalmayacaq. Bu hərəkətlər Azərbaycanın təhlükəsizliyi üçün təhdid yaradarsa, dərhal cavab veriləcək”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!