Bakı-Kiyev-Bakı marşrutu üzrə bugünki reys ləğv edildi

saytların hazırlanması

Evə çatdırılma

Bakı-Kiyev-Bakı marşrutu üzrə bugünki reys ləğv edildi

Maraqlı

24 Fevral 2022 09:00 484


NOTAM (aviasiya personalı üçün beynəlxalq məlumatlandırma sistemi) məlumatına əsasən Ukraynanın hava məkanı hüdudlarında mülki təyyarələrin uçuşlarının məhdudlaşdırılması ilə əlaqədar Azərbaycanın "Buta Airways" aviaşirkəti Bakı-Kiyev-Bakı marşrutu üzrə bugünki reysini ləğv edib. 

"Buta Airways"in mətbuat xidmətindən "Yeni Sabah"a verilən məlumata görə, bu marşrut üzrə bilet əldə etmiş sərnişinlər onları digər tarixlərə dəyişdirə və ya cərimə tətbiq edilmədən geri qaytara bilərlər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!