Bakının “Sabah” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
“Yeni Sabah” xəbər verir ki, Premyer Liqa təmsilçisi Xorvatiyanın “Qoritsa” klubundan Mario Marinanı transfer edib.
“Qoritsa”nın rəsmi saytından bildirilib ki, 30 yaşlı yarımmüdafiəçinin komanda ilə vidalaşıb və karyerasını Azərbaycanın “Sabah” klubunda davam etdirəcək. Marinanın paytaxt təmsilçisinə keçidinin detalları isə açıqlanmayıb. Sezar pizza
Qeyd edək ki, karyerası ərzində Xorvatiyanın “Zaqora”, “Dinara Knin”, “Sibenik”, Bosniya və Herseqovinanın “Şiroki Brieq” kimi klublarında forma geyinən Marina, 2017-ci ildən “Qoritsa”da çıxış edirdi. O, son mövsümdə Xorvatiya çempionatında 13 oyuna çıxıb.
Telegram kanalımız