Bakı Konqres Mərkəzində tədbirlər dayandırıldı

saytların hazırlanması

Evə çatdırılma

Bakı Konqres Mərkəzində tədbirlər dayandırıldı

Sosial

06 Aprel 2025 13:15 472


Bakı Konqres Mərkəzi texniki səbəblərlə əlaqədar olaraq qısa müddətli təmir işlərinə başlayır.

Yenisabah.az xəbər verir ki, Mərkəzdə keçirilməsi planlaşdırılan bütün tədbirlər tam şəkildə dayandırılıb.

Aprelin 5-də Mərkəzdə keçirilmiş konsert proqramından sonra “Auditoriya” zalında quraşdırılmış innovativ hərəkətli döşəmə sistemində yaranan texniki nasazlıq səbəbilə, avadanlığın təmiri, yoxlanılması və kalibrlənməsi üçün xarici mütəxəssislərin dəvət edilməsi tələb olunur. Yüksək texnoloji və kompleks quruluşa malik bu sistemin yalnız istehsalçı şirkət tərəfindən sertifikatlaşdırılmış mütəxəssislər tərəfindən bərpa edilə biləcəyi qeyd olunur. Sezar pizza

Təhlükəsizlik və avadanlığın düzgün fəaliyyəti təmin olunmadan tədbirlərin keçirilməsi mümkün deyil. Qeyd olunan səbəblərlə əlaqədar olaraq yaxın müddətdə “Auditoriya” zalında hərəkətli döşəmə sistemindən istifadəni nəzərdə tutan bütün planlaşdırılmış tədbirlər təmir işləri başa çatanadək tam şəkildə dayandırılıb. Mərkəz yaranan narahatlığa görə üzr istəyib və tədbirlərin təhlükəsiz və keyfiyyətli şəkildə keçirilməsi üçün bütün zəruri addımların atıldığını bildirib.

Təmir bərpa işləri dövrünə təsadüf edən və ləğv olunmuş tədbirlər üzrə əldə olunmuş biletlərlə bağlı məsələlər üzrə iticket.az-a müraciət edilməsi tövsiyə olunub.

Artıq xarici mütəxəssislərin cəlb edilməsi və ehtiyat hissələrinin sifarişi ilə bağlı zəruri işlərə başlanılıb. Prosesin nə qədər vaxt alacağı barədə dəqiq müddət göstərilməsə də, Mərkəzin komandası işlərin mümkün qədər tez başa çatdırılmasına çalışır.

Məlumatda həmçinin bildirilir ki, texniki sistemin funksionallığı bərpa edildikdən sonra Bakı Konqres Mərkəzi tədbirlərin qəbulunu əvvəlki səviyyədə davam etdirəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!