Bakı küçələri belə dezinfeksiya olundu - Video

saytların hazırlanması

Evə çatdırılma

Bakı küçələri belə dezinfeksiya olundu - Video

Sosial

02 May 2020 17:52 1365


Daxili İşlər Nazirliyinin xüsusi avtonəqliyyat vasitələri yenidən paytaxt küçələrinin dezinfeksiya olunmasına cəlb olunub.

Nazirlikdən Yenisabah.az-a daxil olan məlumata görə, Bakıda koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə tədbirlərinin daha da gücləndirilməsi məqsədi ilə paytaxtın bütün rayonlarında əlavə gücləndirilmiş tədbirlər həyata keçirilir.

Şəhər əhəmiyyətli küçə və prospektlərdə xüsusi kimyəvi maddələrlə aparılan dezinfeksiya işlərinə Daxili İşlər Nazirliyinin xüsusi avtonəqliyyat vasitələri də cəlb olunub. pizza hut

Qeyd edək ki, nazirliyin şəxsi heyəti ölkədə asayişin qorunması və karantin zamanı üzərilərinə düşən əlavə işlərin həyata keçirilməsi ilə yanaşı paytaxt küçələrinin dezinfeksiya olunması işlərində də yaxından iştirak edirlər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!