Bakı məktəblərində dərslik çatışmazlığı -   KİM HAQLIDIR?

saytların hazırlanması

Evə çatdırılma

Bakı məktəblərində dərslik çatışmazlığı - KİM HAQLIDIR?

Sosial

21 Oktyabr 2025 14:25 232


Yeni tədris ilinin başlamasından bir aydan çox vaxt keçməsinə baxmayaraq, Bakıdakı bəzi məktəblərin şagirdlərinə kitablar tam verilməyib. Bu da məktəblilərin və onların valideynlərinin narazılığına səbəb olub. Onların sözlərinə görə, bir sıra siniflərdə dərsliklər ya çatışmır, ya da ümumiyyətlə verilməyib. Bu isə dərs prosesində çətinliklər yaradır.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən “Yeni Sabah”ın sorğusuna cavab olaraq bildirilib ki, 2025-2026-cı tədris ili üçün ümumi təhsil məktəbləri tələbata uyğun olaraq dərslik komplektləri ilə təmin edilib.

Qurumdan həmçinin vurğulanıb ki, hər hansı səbəbdən əlavə dərslik ehtiyacı yaranarsa, bununla bağlı müvafiq qaydalara uyğun olaraq operativ tədbirlər görülür. Pepperoni pizza

Rəsmi açıqlamada dərslik çatışmazlığının olmadığı bildirilsə də, paytaxtın bəzi məktəblərindən fərqli mənzərə görünür. Məsələn, 265 nömrəli məktəbin bir neçə sinfində şagirdlər hələ də bəzi fənn kitablarının verilməməsindən əziyyət çəkirlər. Oxşar vəziyyət digər məktəblərdə də müşahidə olunur. Valideynlər deyirlər ki, problemə cavabdeh qurumlar məsələni inkar etməklə deyil, operativ şəkildə həll etməklə məşğul olmalıdırlar.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!