Qarlı hava şəraiti ilə bağlı hazırda Bakı metropoliteni gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.
Yenisabah.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb.
Keçidlər və açıq hava sahələri müntəzəm təmizlənir, buzlanmaya qarşı qum və duz səpilir. Dördpendirli pizza
Qatarlar qrafikə tam uyğun hərəkət edir, yubanma yoxdur.
“Bakı metrosunun işçi heyət tam gücü ilə çalışır və sərnişinlərə fasiləsiz xidmət göstərilir. Platformalar daim nəzarətdədir, təhlükəsizlik təmin edilir”, deyə məlumatda deyilir.
Bundan başqa, depo yollarında yoldəyişdirici qurğular qardan təmizlənir və qatarların fasiləsiz hərəkəti üçün açıq saxlanılır. Əlavə ehtiyat qatarlar hazır vəziyyətdədir.
Telegram kanalımız