“Bakı Metropoliteni” maşinist axtarır

saytların hazırlanması

Evə çatdırılma

“Bakı Metropoliteni” maşinist axtarır

Sosial

08 Oktyabr 2019 08:39 2064


"Bakı Metropoliteni" QSC maşinist peşəsi üzrə namizədlərin seçiminə başlayır. 

"Yeni Sabah" xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilir. 

Məlumatda həmçinin deyilir ki, ərizələr noyabrın 8-nə qədər qəbul edilir. Namizədlər 24-30 yaş arasında, ali və orta texniki təhsilli, ilk peşə ixtisaslı olmalıdır. Kişi namizədlər üçün hərbi bilet (yararlılıq kateqoriyası ilə) tələbi var.  Dördpendirli pizza

Seçim müsahibə və psixoloji testlərin keçirilməsi yolu ilə aparılacaq. Uyğun namizədlər tibbi yoxlamadan sonra tədris prosesinə qatılacaqlar. Tədris həm nəzəri, həm də praktiki hissələrdən ibarət olmaqla 5 ay davam edəcək. 

İmtahanlar həm nəzəri, həm də praktiki məşğələlər üzrə keçiriləcək.

İddiaçılar səhmdar cəmiyyətinin internet səhifəsinin “Karyera və əməkdaşlıq” bölməsinə daxil olaraq, “Bizdə iş” yarımbölməsində elektron müraciət formasını doldurmalıdırlar. Elektron müraciət doldurularkən, iddia etdiyiniz peşə kimi “maşinist” göstərilməlidir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!