Bakı metropoliteni yay hərəkət qrafikinə keçdi

saytların hazırlanması

Evə çatdırılma

Bakı metropoliteni yay hərəkət qrafikinə keçdi

Sosial

25 İyun 2025 10:15 245


Tədris ilinin yekunlaşması, yay mövsümünün başlanması və nəticədə sərnişin axınının azalması ilə əlaqədar “Bakı Metropoliteni” QSC tərəfindən qatarların hərəkət qrafikinə dəyişiklik edilib.

Yenisabah.az xəbər verir ki, yay qrafikinə əsasən metropolitendə qatarların hərəkəti iş və qeyri-iş günlərində iki fərqli cədvəllə tənzimlənir.

İş günlərində “28 May-Əhmədli” sahəsində və əks istiqamətdə saat 07:00-10:00 və 17:00-21:00-da qatarlar arasında interval 2,5 dəqiqə təşkil edir. Günün digər saatlarında qatarlar 3 dəqiqəlik intervalla hərəkət edir. Şənbə və bazar günlərinin cədvəlinə əsasən isə həmin istiqamətlərdə saat 06:00-dan 22:00-a qədər qatarlararası interval 3 dəqiqədir. pizza sifarişi

“28 May-İçərişəhər” və “28 May-Dərnəgül” istiqamətlərində interval qeyd edilən müddətlərdən iki dəfə artıq müəyyən edilib.

Bənövşəyi xətdə və “Xətai-Cəfər Cabbarlı” mənzilində hərəkət qrafikində dəyişiklik olunmayıb.

Qrafik dəyişikliyi “Bakmil” stansiyası və əksinə hərəkətə də tətbiq edilib və yeni qrafik “metro.gov.az” saytında yerləşdirilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!