Dünya və ölkə əhəmiyyətli ictimai-siyasi, mədəni hadisələri sosial aksiyalarla qeyd etmək ənənəsinə sadiq qalan “Bakı Metropoliteni” QSC bu dəfə faşizm üzərində qələbənin 75 illiyi mövzusuna müraciət edib.
Kütləvi mədəni tədbirlərin qadağan olduğu xüsusi rejimli karantin dövrünə təsadüf edən budəfəki sərgi, hələlik ictimaiyyətin diqqətinə virtual olaraq təqdim olunur.
"Bakı Metropoliteni" QSC-dən Yenisabah.az-a verilən məlumata görə, ötən il Böyük Vətən müharibəsinin canlı əfsanələrinə - veteranlara həsr edilmiş və ictimaiyyətin böyük rəğbətinə səbəb olmuş tam fərqli layihədən sonra, qurum rəhbərliyi budəfəki sərgisini günün ruhuna uyğun təşkil etmək qərarına gəlib. II Dünya müharibəsi illərində Azərbaycanda fəaliyyət göstərmiş təxliyə hospitallarının fəaliyyətini əks etdirən sərgi həm də bu günlər koronavirus (COVID-19) pandemiyası ilə mübarizənin əsl qəhrəmanlarına çevrilmiş Azərbaycan həkimlərinə böyük ehtiramın ifadəsidir. pizza sifarişi
Ölkəmiz üçün ən çətin məqamlarda, o cümlədən Azərbaycanın ərazi bütövlüyü uğrunda savaşda fədakarlığını əsirgəməyən həkimlərimiz Böyük Vətən müharibəsi illərində də əzm, şücaət nümayiş etdiriblər.
Əlbəttə, Sovet dövlətinin 1941-1945-ci illərin qələbə soraqlı müharibəsinə canlı qüvvəsi, hərbi texnikası, elmi, təbii ehtiyatları, o cümlədən nefti ilə əvəzedilməz töhfələr vermiş Azərbaycanın səhiyyə işçilərinin rəşadəti müəyyən mənada kölgədə qalıb.
Həmin illərdə təkcə Bakıda 41 hərbi hospital dayanmaq bilmədən fəaliyyət göstərib. Ümumiyyətlə, respublikada çoxsaylı təxliyə hospitallarında 440 mindən artıq yaralı müalicə olunub. Azərbaycan cərrahlarının apardıqları ən çətin əməliyyatlar, palata həkimlərinin, tibb bacılarının böyük əmək və qayğısı minlərlə əsgəri həyata qaytarıb və onların əksəriyəti yenidən ön cəbhəyə yollanıb.
Təxliyə hospitallarında müalicə alan əsgərləri respublika sakinləri, ələlxüsus da məktəblilər tək qoymayaraq onlara mənəvi dəstək verib, öz bədii yaradıcılıq və sənətkarlıq nümunələri, hədiyyələri ilə xəstələri ruhlandırıb, ağır günlərində dayaqları olublar.
Telegram kanalımız