Bakı metrosu mayın 11-də işini bərpa edir?   - RƏSMİ CAVAB

saytların hazırlanması

Evə çatdırılma

Bakı metrosu mayın 11-də işini bərpa edir? - RƏSMİ CAVAB

Sosial

01 May 2020 14:45 1172


Sosial şəbəkələrdə, eləcə də bəzi kütləvi informasiya vasitələrində “Bakı Metropoliteni” QSC tərəfindən metropolitenin fəaliyyətini mayın 11-dən etibarən bərpa edəcəyinə dair məlumatlar paylaşılıb. 

Yenisabah.az xəbər verir ki, məlumatın nə dərəcədə doğru olub-olmadığını aydınlaşdırmaq məqsədilə Oxu.Az-ın əməkdaşı “Bakı Metropoliteni” QSC-nin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədovla əlaqə saxlayıb.

Mətbuat katibinin sözlərinə görə, metronun fəaliyyətinin bərpası ilə bağlı “Bakı Metropoliteni” QSC tərəfindən heç bir məlumat yayılmayıb. pizza sifarişi

B.Məmmədov onu da əlavə edib ki, metropolitendə texniki və texnoloji proseslərin tənzimlənməsinə nəzarət davam etdirilir:

“Mövcud vəziyyətlə əlaqədar Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, metropolitenin fəaliyyəti dayansa da, texniki cəhətdən qatarların hazır vəziyyətdə olmasına nəzarət edilir. Metropoliten əməkdaşlarının fəaliyyəti vətəndaşları çaşdırmasın. Metro infrastrukturunun saz və hərəkətə hazır vəziyyətdə saxlanılması üçün mütəmadi tədbirlər görülür”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!