Bakı metrosunda cibgirlik edən şəxs saxlanıldı - FOTO

saytların hazırlanması

Evə çatdırılma

Bakı metrosunda cibgirlik edən şəxs saxlanıldı - FOTO

Kriminal

04 İyun 2022 11:15 939


Metropolitendə Polis Şöbəsininin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində metronun “İnşaatçılar” stansiyasında cibgirlik yolu ilə iki və daha artıq şəxsdən oğurluq etməkdə şübhəli bilinən 47 yaşlı Rəhim Qasımov tutulub. 

Bu barədə "Yeni Sabah"a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Araşdırmalarla onun daha çox ictimai nəqliyyatda fəaliyyət göstərdiyi məlum olub. Onun əməllərindən zərərçəkən başqa şəxslər varsa, polisə müracət etmələri tövsiyə olunur. pizza

Polisə özünü istedadlı cibgir kimi təqdim edən R.Qasımov cibgirlik peşəsinin onun həyat tərzi olduğunu bildirib.

Araşdırmalar davam etdirilir.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!