Bakı metrosunda daha bir sərnişin qatar yoluna düşdü - Rəsmi açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Bakı metrosunda daha bir sərnişin qatar yoluna düşdü - Rəsmi açıqlama

Hadisə

03 Oktyabr 2024 19:51 990


Bu gün saat 19:00 radələrində "Bakı Metropoliteni" QSC-nin “Ulduz” stansiyasında naməlum sərnişin qatar yoluna düşüb.

Bu barədə "Report"a səhmdar cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

Məlumata görə, dərhal təmas relsindən yüksək gərginlik çıxarılıb, stansiyaya təcili və təxirəsalınmaz təcili yardım xidmətinin əməkdaşları dəvət olunub. pizza

Bundan sonra sərnişin qatar yolundan çıxarılıb. Sərnişinin vəziyyəti barədə həkimlərin rəyindən sonra məlumat veriləcək.

Artıq təmas relsinə yüksək gərginlik verilərək qatar yola salınıb.

Hadisəyə görə qatarların hərəkətində 24 dəqiqə yubanma olub. Hazırda metronun Yaşıl və Qırmızı xətlərində hərəkət intervallarının tənzimlənməsi, qrafik üzrə yubanmanın aradan qaldırılması işləri aparılır.

Qeyd edək ki, bu gün daha bir sərnişin Metronun "28 May" stansiyasında qatar yoluna düşərək ölüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!