Bakı metrosunda ölüm hadisəsi qeydə alınıb.
“Yeni Sabah” xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-dən bildirilib.
Qeyd olunub ki, bu gün saat 6:30 radələrində metronun “Memar Əcəmi” stansiyasında 60-70 yaş arası qadın sərnişin qəfil stansiya yoluna düşüb. Marqarita pizza
Bildirilib ki, yüksək gərginlik çıxarılıb."Təcili tibbi yardım xidməti dəvət olunub. Metropolitenin stansiya növbətçisi və polis əməkdaşı hərəkətsiz vəziyyətdə olan sərnişini stansiya yolundan çıxarıblar. Təcili tibbi yardım personalı ölüm faktını təsdiq edib", - deyə qurumdan bildirilib.
Telegram kanalımız