Bakı metrosunda gediş haqqı ilə bağlı ƏHALİYƏ VACİB XƏBƏR!

saytların hazırlanması

Evə çatdırılma

Bakı metrosunda gediş haqqı ilə bağlı ƏHALİYƏ VACİB XƏBƏR!

İqtisadiyyat

08 Aprel 2021 16:34 2312


“Bakı Metropoliten” QSC-də mobil telefon və s. elektron vasitələrdən istifadə etməklə gediş haqqının ödənilməsi istiqamətində işlər aparılır.

“Yeni Sabah” xəbər verir ki, bu barədə “Report”a qurumdan bildirilib. “Bununla belı, konkret olaraq hansısa sistemin və yaxud üsulun tətbiqindən söz açmaq erkəndir. Bununla bağlı hər hansısa əsaslı addım atılacağı təqdirdə ictimaiyyət məlumatlandırılacaq", - deyə səhmdar cəmiyyətindən qeyd olunub.

Xatırladaq ki, bir çox ölkələrdə bütün nəqliyyat sistemində olduğu kimi metroda da NFC (Near Field Communication – Yaxın Məsafəli Əlaqə) sistemindən istifadə edərək ödəniş həyata keçirilir. Bu isə plastik kartlardan istifadə etmədən yalnız mobil telefon, qələm, üzük və digər əşyalar vasitəsi ilə təmassız ödəmə deməkdir. Sezar pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!