Bakı metrosunda həyəcanlı anlar - Sərnişinlər vaqonlardan boşaldıldı

saytların hazırlanması

Evə çatdırılma

Bakı metrosunda həyəcanlı anlar - Sərnişinlər vaqonlardan boşaldıldı

Hadisə

27 Yanvar 2020 09:27 1388


Bu gün səhər saatlarında Bakı metrosunda problem yaranıb.

“Yeni Sabah” xəbər verir ki, bu barədə sərnişinlər baku.ws-ə məlumat verib.

Bildirilir ki, səhər saatlarında metronun "Gənclik”, "Ulduz” və "Nərimanov” stansiyalarında sərnişin sıxlığı yaranıb. Eyni zamanda "Nərimanov” stansiyasında qatarda nasazlıq yaranıb və sərnişinlər vaqonlardan boşaldılıb. pizza sifarişi

Məsələ ilə əlaqədar açıqlama verən "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, bu gün səhər 7:35-də bir qatar Nərimanov stansiyasından texniki baxış məqsədilə depoya göndərilib.

Qatarda nasazlıq ehtimalı olub. Bu səbəbdən bir dövrə boyunca iki qatar arasında 3-4 dəqiqə interval fərqi müşahidə olunub.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!