Bakı metrosunda nasazlıq: sərnişinlər düşürüldü

saytların hazırlanması

Evə çatdırılma

Bakı metrosunda nasazlıq: sərnişinlər düşürüldü

Hadisə

23 Sentyabr 2024 08:36 2385


"Dərnəgül" - "Həzi Aslanov" metro stansiyaları istiqamətində vaqonun qapısında yaranmış nasazlıq səbəbindən dörd dəqiqəlik yubanma yaranıb.

Bunu "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

"Dərnəgül" - "Həzi Aslanov" istiqamətində hərəkət edən qatar "Elmlər Akademiyası" stansiyasında ikən sonuncu vaqonun qapısında nasazlıq ehtimalı olub və bu səbəbdən maşınist qapıya baxış keçirib. Lakin Bakı Metropoliteninin normativ tələblərinə uyğun olaraq əlavə baxış keçirilməsinə ehtiyac olduğu üçün sərnişinlər düşürülüb, qatar elektrik deposuna yola salınıb. Əvəzində ehtiyat qatarı verilib, bunun nəticəsində xətdə iki qatar arasında intervaldan əlavə olaraq dörd dəqiqə yubanma yaranıb", - o qeyd edib. Marqarita pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!