Bakı Metropolitenin Elmlər Akademiyası stansiyasında qatarların birində problem yaşanıb.
"Yeni Sabah" xəbər verir ki, vaqonların birinin qapısı açılmayıb.
Metropoliten əməkdaşları problemi aradan qaldırmağa çalışıb, lakin qapını işlək vəziyyətə gətirmək mümkün olmayıb. Sərnişinlərdən qatarları tərk etmələri xahiş olunsa da sərnişinlərin bir hissəsi müraciətə əməl etməyiblər. Qatar hərəkətinə davam edib. Sezar pizza
Baş vermiş nasazlıq səbəbindən Elmlər Akademiyası stansiyasında izdiham yaşanıb və vaqonların hərəkətində gecikmə baş verib. /Trend
Telegram kanalımız