Bakı metrosunda nasazlıq yarandı

saytların hazırlanması

Evə çatdırılma

Bakı metrosunda nasazlıq yarandı

Hadisə

06 May 2024 18:43 763


“Dərnəgül-Həzi Aslanov” marşrutu üzrə hərəkət edən qatarın bir vaqonunun qapılarında sərnişin müdaxiləsi nəticəsində nasazlıq yaranıb.

Yenisabah.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.

Bildirilib ki, “28 May” stansiyasında maşinist vaqon qapılarına baxış keçirib və qatarın sərnişinlər düşürülməklə xətdən çıxarılması zərurəti yaranıb. Nəticədə, qatar stansiyanı sərnişinsiz olmaqla, altı dəqiqə yubanma ilə tərk edib. Pepperoni pizza

Əks istiqamətdən xəttə ehtiyat qatar verilib.

Hazırda qatarlararası intervalın bərpa edilməsi istiqamətində tədbirlər görülür.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!