Bakı metrosunda problem yarandı   - Sərnişinlər düşürüldü

saytların hazırlanması

Evə çatdırılma

Bakı metrosunda problem yarandı - Sərnişinlər düşürüldü

Hadisə

28 Oktyabr 2024 08:18 3522


Bu gün səhər saatlarında Bakı metrosunun işində problem yaranıb.

Bu barədə Oxu.Az-a sərnişinlər məlumat veriblər.

Məsələ ilə bağlı "Bakı Metropoliteni" QSC-yə sorğu ünvanladıq. pizza mizza

Qurumun Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirilib ki, metronun "Azadlıq Prospekti" stansiyasında vaqon qapılarına baxış keçirilməsi zərurəti yaranıb:

"Maşinist problem müəyyən etməsə də, təkrar baxış zərurətinə görə, qatar sərnişinsiz "Memar Əcəmi" stansiyasına yola salınıb. Dərhal əvəzinə qatar verilib. Nəticədə, "28 May" stansiyasına qədər intervaldan əlavə 5 dəqiqə yubanma yaranıb".

B.Məmmədov qeyd edib ki, vaqon qapılarında problem olmadığından qatar hərəkət qrafikinə uyğun xəttə qaytarılacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!