Bakı Metrosunda profilaktik koronavirus tədbirləri - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Bakı Metrosunda profilaktik koronavirus tədbirləri - Fotolar

Sosial

28 Fevral 2020 23:57 500


Bakı Metropolitenində koronavirusla bağlı əks-epidemik profilaktik tədbirlər davam edir. Bakı Metropoliteni QSC-dən "Yeni Sabah"a daxil olan məlumata görə, bu gecə "Nərimanov" elektrik deposunda tədbirlər planına uyğun olaraq bütün qatarların dezinfeksiyasının birinci dövrəsi tam olaraq başa çatdırılacaq. Proses davamlı olaraq aparılacaq. Profilaktik dezinfeksiya işi sabah saat 15:00-da deponun yeməkxanasında da yerinə yetiriləcək. Stansiyalarda proses bazar ertəsi davam etdiriləcək. Bununla belə, hər gün bir neçə dəfə təkrarlanmaqla stansiyaların əl təması olan bütün səthləri xüsusi, sağlamlıq üçün tam təhlükəsiz dezinfektantlarla davam edir. https://cdn.yenisabah.az/files/88083398_1325968314279563_52971992287815.jpg https://cdn.yenisabah.az/files/88013693_1325968264279568_45166477509006.jpg https://cdn.yenisabah.az/files/87633471_1325968334279561_37014538399042.jpg
Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!