Bakı metrosunda şok hadisə

saytların hazırlanması

Evə çatdırılma

Bakı metrosunda şok hadisə

Hadisə

24 Dekabr 2023 22:53 5532


Bakı Metropoliteninin “Xalqlar dostluğu” stansiyasında 65-70 yaşlar arası kişi sərnişin ehtiyatsızlıq səbəbilə qatar stansiyaya daxil olarkən stansiya yoluna düşüb.

Yenisabah.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

Onun sözlərinə görə, dərhal stansiya yolundan yüksək gərginlik çıxarılıb və təcili tibbi yardım xidməti dəvət olunub. Dominos pizza

“Stansiya işçisi və polis əməkdaşının operativ gördüyü tədbirlər sayəsində sərnişin stansiya yolundan çıxarılaraq ona ilkin yardım göstərilib. Təcili tibbi yardım personalı xəsarət almış sərnişinə ilkin tibbi yardım göstərib. Sərnişin təcili tibbi yardım xidməti ilə yola salınıb.

Təmas relsində yüksək gərginlik bərpa edildikdən sonra, qatar stansiyanı tərk edib. Polis və stansiya işçi personalının çevik tədbirləri nəticəsində qatarların hərəkətində intervaldan əlavə cəmi 5 dəqiqə yubanma qeydə alınıb”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!