Bakı metrosunda təşviş dolu anlar: “Sahil“ stansiyasında nə baş verib?

saytların hazırlanması

Evə çatdırılma

Bakı metrosunda təşviş dolu anlar: “Sahil“ stansiyasında nə baş verib?

Sosial

20 Avqust 2019 10:43 1536


Xəbər verdiyimiz kimi, "Sahil" metro stansiyasında işıqlar sönüb. Nəticədə eskalatorlar dayanıb. İnsanlar təşviş içində, platformanı eskalatorsuz tərk etməli olublar.

Bakı Metropoliteni QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov "Yeni Sabah"a açıqlamasında bildirib ki, problemə metropolitenə gələn elektrik xəttində gərginliyin düşməsi səbəb olub:

""Sahil" stansiyasında 10:55-də işıqlanma sistemində problem yaranıb, eskalatorların fəaliyyəti qısamüddətli dayanıb. Onların fəaliyyəti 3 dəqiqə ərzində bərpa olunub". Sezar pizza

B.Məmmədovun sözlərinə görə, sərnişinlərlə bağlı hər hansı problem yaşanmayıb:

"Xəsarət alan yoxdur. İşığın sönməsi qatarların hərəkətinə də ciddi təsir göstərməyib".

Yenisabah.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!