Bakı metrosunda təxribat - 3 əcnəbi saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Bakı metrosunda təxribat - 3 əcnəbi saxlanıldı

Hadisə

30 Mart 2024 14:08 5443


Bakı metropolitenin deposuna daxil olan üç xarici ölkə vətəndaşının saxlanılması barədə məlumatlar yayılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, turist kimi ölkəmizdə olan Avstraliya, Yeni Zelandiya və Fransa vətəndaşları qatarların dayandığı depoya gizli daxil olaraq, bir neçə vaqonu boya ilə yazaraq əmlaka qəsdən ziyan vurublar. Həmin şəxslər polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.

Araşdırmalarla dəyən ziyanın miqdarı 4850 manat müəyyən edilib. Qanunvericiliyə uyğun olaraq dövlət əmlakını qəsdən zədələyən həmin şəxslər müvafiq məhkəməyə çıxarılacaq. Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!