Bakı metrosunda təxribat törədən Fransa vətəndaşı həbs edildi - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Bakı metrosunda təxribat törədən Fransa vətəndaşı həbs edildi - Fotolar

Hadisə

02 Aprel 2024 20:59 1294


Metro qatarlarının dayandığı depoya gizlincə daxil olub bir neçə vaqonu boyayaraq əmlaka qəsdən ziyan vuran Fransa vətəndaşı həbs edilib.

Yenisabah.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Bildirilib ki, araşdırmalarla Avstraliya İttifaqının vətəndaşı P.Han Paul, Yeni Zelandiya vətəndaşı İsmael De Saint Quent və Fransa Respublikasının vətəndaşı Clerc Theqo Huqo 30 mart 2024-cü il gecə saatlarında “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinə məxsus depoya qanunsuz daxil olaraq qəsdən dövlət əmlakına ziyan vurmalarına dair şübhələr müəyyən edilib. Marqarita pizza

Əməldə cinayət tərkibi yarandığından Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə polis idarəsində fakta görə başlanmış cinayət işi üzrə Fransa Respublikasının vətəndaşı Clerc Theqo Huqo məhkəmənin qərarı ilə üç ay müddətinə həbs, digərləri barəsində həbslə əlaqədar olmayan qətimkan tədbirləri seçilib.

Cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!