AZCON Holding şirkətlərindən olan “Bakı Metropoliteni” qatar parkını genişləndirərək daha dörd yeni nəsil qatar tərkibini (20 vaqon) Bakıya gətirib.
Yenisabah.az xəbər verir ki, dördüncü nəslə mənsub bu qatarların 2025-ci ildə istismar müddəti başa çatmaq üzrə olan vaqonların əvəzinə xəttə buraxılması nəzərdə tutulub.
Razılığa əsasən, bu ilin sonunadək daha 10 vaqon (2 qatar tərkibi) Bakı metrosuna təhvil veriləcək: Marqarita pizza
2025-ci ilin sonuna qədər yeni nəsil vaqonların sayı 180-ə (36 qatar tərkibi) çatdırılacaq.
2025–2030-cu illər üçün Dövlət Proqramı”na uyğun olaraq, qeyd edilən müddətdə daha 299 yeni nəsil vaqonun alınaraq metropolitan xətlərinə buraxılması nəzərdə tutulub.
Hazırda Bakı metrosunda 66 qatar tərkibi (347 vaqon) fəaliyyət göstərir ki, onların 150-si yeni nəsil vaqonlardan ibarətdir.
Telegram kanalımız