Bakı metrosunda yenilik: işıqlar sönsə də, qatarlar dayanmayacaq

saytların hazırlanması

Evə çatdırılma

Bakı metrosunda yenilik: işıqlar sönsə də, qatarlar dayanmayacaq

Sosial

13 Sentyabr 2019 05:50 1049


"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti metro stansiyasının alternativ enerji ilə təmin edilməsi üçün yaratdığı dizel elektrik stansiyalarında tamamlanma işləri görülür.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini Hidayət Məmmədov deyib.

Onun sözlərinə görə, artıq bununla bağlı "Azərişıq" ASC-nin 10 yarımstansiyasında 12 ədəd 2.5 MVt, 4 ədəd 2 MVt və 1 ədəd 1 MVt gücündə dizel-generator quraşdırılıb: "Generatorlar "Rolls-Royse Power Systems AG-nin MTU" GmbH şirkətindən alınıb. Artıq stansiyalar demək olar ki, istifadəyə tam hazırdır. Generatorların sazlanması işləri də yekunlaşmaq üzrədir. Yaxın vaxtlarda stansiyalar mərkəzləşdirilmiş idarəetməyə qoşulacaq və istifadəyə veriləcək. Deyə bilərəm ki, artıq baş verə biləcək fövqəladə hallarda elektrik enerjisi ilə bağlı "Bakı Metropoliteni" QSC-də heç bir problem yaranmayacaq. Əgər belə bir hadiisə baş verərsə, həmin dizel stansiyaları avtomatik olaraq qoşulacaq". Dördpendirli pizza

H.Məmmədov bildirib ki, hazırda iki stansiyası istismarda olan Bənövşəyi xəttin 3-cü stansiyası (B-3) ilə yanaşı, tikinti ərazisində gücü 16 MVA olan dizel-generator stansiyası inşa edilir. Bu dizel-generator stansiyası qatarların tunellərdən stansiyaya çıxarılmasını, stansiya, tunel və vaqonların işıqlandırılmasını, ventilyatorların, eskalator, lift və travolatorların, suxaric qurğularının, ümumiyyətlə, yeni xəttin ilk 3 stansiyasının infrastrukturunu tələb olunan enerji ilə təmin edəcək:

"Layihəyə uyğun olaraq, bu xətt üzrə inşa olunacaq 12 stansiyanı qidalandıran 35 kV-luq iki yarımstansiyada qurulacaq dizel-generator stansiyalar xəttin elektrik təchizatı ilə bağlı hər bir fövqəladə ehtiyaclarını təmin edəcək. Gələcəkdə tikiləcək bütün yeni xətlər də, eyni qayda ilə ehtiyat enerji qida mənbələri ilə təchiz olunacaq".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!