Bakı-Naxçıvan və Naxçıvan-Bakı istiqaməti üzrə aviareyslər bərpa olunub.
Bu barədə Yenisabah.az-a AZAL-dan bildirilib.
Qeyd edilib ki, hazırda Bakı-Naxçıvan-Bakı marşrutu üzrə reyslər normal rejimdə həyata keçirilir. pizza sifarişi
***10:46
Naxçıvan-Bakı reysində yubanma var.
Yenisabah.az APA-ya istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında dumanlı hava şəraiti səbəbindən bu gün Bakı-Naxçıvan və Naxçıvan-Bakı istiqamətində uçan təyyarələrin hərəkətində gecikmə yaranıb.
Naxçıvan Beynəlxalq Hava Limanında gözləyən sərnişinlərə reyslərin gecikməsi ilə əlaqədar operativ məlumat verilir.
Telegram kanalımız