Bakı Nəqliyyat Agentliyində koronovirusla bağlı qərargah yaradıldı

saytların hazırlanması

Evə çatdırılma

Bakı Nəqliyyat Agentliyində koronovirusla bağlı qərargah yaradıldı

Sosial

02 Mart 2020 12:49 530


Koronavirus (Covid-19) xəstəliyinin yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativliyini təmin etmək məqsədi ilə Bakı Nəqliyyat Agentliyində qərargah yaradılıb. BNA-dan "Yeni Sabah"a daxil olan məlumata görə, qurumda (012) 404-79-95 nömrəli "Qaynar xətt" fəaliyyətə başlayıb. "Eyni zamanda, bildiririk ki, ictimai nəqliyyatda kəskin respirator xəstəliklərin yayılmasına qarşı qabaqlayıcı tədbirlər davam edir. Bu çərçivədə, paytaxtın inzibati ərazisində müntəzəm sərnişindaşıma xətlərində fəaliyyət göstərən avtobuslar dezinfeksiya edilir. Son bir neçə gündə 1500-ə yaxın avtobusda dezinfeksiya işləri aparılıb. Dezinfeksiya tədbirlərinin davamlı olaraq aparılması ilə bağlı daşıyıcılarla görüş keçirilib və müvafiq tapşırıqlar verilib. Həmçinin, qeyd edək ki, "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzində dezinfeksiya tədbirlərinin sayı artırılıb", - qurum bəyan edib.
Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!