Bakı Nəqliyyat Agentliyindən Azərbaycan dilinə hörmətsizlik - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Bakı Nəqliyyat Agentliyindən Azərbaycan dilinə hörmətsizlik - Fotolar

Sosial

24 Dekabr 2019 16:45 1191


Bakı Nəqliyyat Agentliyinin Qaradağ rayonu Lökbatan qəsəbəsinə verdiyi yeni avtobuslarda Azərbaycan dilinin normalarına riayət olunmayıb.

"Yeni Sabah" xəbər verir ki, 125 saylı müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobuslarda quraşdırılan elektron tabloda orfoqrafiya qaydalarına əməl ediləyib.

"28 May” metrostansiyası–"Lökbatan” Nəqliyyat Mübadilə Mərkəzi ilə hərəkət edən müntəzəm marşrut xəttində avobusların elektron tablosunda qeyd olunan elanlarda "ə” hərifi yazılmayıb. pizza

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev Bizimyol.info-ya bildirib ki, 125 saylı müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobuslarda quraşdırılan elektron tablolar yeni sistemlə işləyirlər.

"Yeni sistemdir, texniki işlər tam yekunlaşmayıb. Qısa vaxtda tam normal qaydada işləyəcək”,-deyə Mais Ağayev bildirib.

Qeyd edək ki, Azərbaycan əlifbası 32 hərfdən ibarət latın qrafikalı əlifbadır. Azərbaycan dilinin fonem tərkibində 9 sait və 25 samit səs vardır. Bu 34 səs Azərbaycan əlifbasında 32 hərflə işarə edilir. Azərbaycan dilində 32 hərf 34 səs var.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!