Bakı polisi sosial şəbəkədə görüntülərini yayan “avtoş”ları tutdu - Video

saytların hazırlanması

Evə çatdırılma

Bakı polisi sosial şəbəkədə görüntülərini yayan “avtoş”ları tutdu - Video

Hadisə

29 Yanvar 2020 19:55 1775


Bakıda “Saipa” markalı avtomobillərlə avtoxuliqanlıq edib çəkdikləri videonu sosial şəbəkədə yayan sürücülər həbs edilib.

"Yeni Sabah" xəbər verir ki, videogörüntülər Avtosfer.az saytında dərc edildikdən sonra Bakı şəhər Dövlət Yol Polisi idarəsinin əməkdaşları həmin sürücülərin saxlanılması ilə bağlı tədbir keçirib. Sürücülər saxlanıldıqdan sonra barələrində protokol tərtib edilərək Səbail Rayon Məhkəməsinə aparılıb.

Məhkəmə tərəfindən 1998-ci il təvəllüdlü Vəliyev Fərhad Fikrət oğlu və 1999-cu il təvəllüdlü İsmayılov Rəvan Ceyhun oğlu 15 gün həbs cəzasına məhkum edilib. Dördpendirli pizza

Dövlət Yol Polisi İdarəsinin əməkdaşları sosial şəbəkədə yayılan bu cür neqativ videoları yayan sürücülərə ciddi nəzarət edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!